XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 April 2018 - 20:08

Ermənistanda nümayişçilərlə polis yenə toqquşdu: saxlanılanlar var –Sərkisyan etirazçılara səsləndi

Ermənistan prezidenti Armen Sərksiyan aksiya iştirakçılarını dialoqa çağırıb.

Bu barədə Ermənistan prezidentinin Mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısı olaraq yaranmış vəziyyətdən ən doğru çıxış yolunu tapmaq üçün tərəfləri dialoqa dəvət edirəm”, – məlumatda qeyd olunub.

Onu da qeyd edək ki, bu gün də Ermənistanın paytaxtında etiraz aksiyaları gedir.

Ermənistanın Gümrü şəhərindəki Vardanants meydanında isə aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib.

Aksiya iştirakçıları yürüş təşkil etmək istəyərkən polislər onlara mane olub və nəticədə bir neçə etirazçı saxlanılıb.

Onlardan ikisi Gümrüdəki tibbi mərkəzə yerləşdirilib/Report.