XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

21 Aprel 2018 - 18:25

Bahçeli:"MHP-nin prezidentliyə namizədi Ərdoğandır və onun qələbəsi üçün çalışacağıq"

“Bu il iyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində namizədimiz Rəcəb Tayyib Ərdoğandır”.

“Report”un “Anadolu”ya istinadən verdiyi məlumata görə, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, MHP-nin seçki strategiyası iki əsasa dayanır: “Birincisi, güclü parlamentin formalaşdırılması, ikincisi isə prezident seçkisinin eyni vaxtda baş tutmasıdır. Bu gün MHP-dən prezidentliyə namizədliyini irəli sürən yoxdur. Çünki yeganə namizədimiz Rəcəb Tayyib Ərdoğandır və onun qələbəsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Digər tərəfdən də MHP olaraq Türkiyə Böyük Millət Məclisində təmsil olunmağa çalışacağıq”.