Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.
Uzun illər hökumətdə baş nazirin müavini postunu tutan Abid Şərifov da yola salınanlar sırasında olub.
Strateq.az xəbər verir ki, Baş nazirin keçmiş müavini Abid Şərifov Gununsesi.info-ya ölkə başçısının sərəncamını şərh edib: ”Mən uzun illər dövlətə xidmət etmişəm. Bu, mənim baş nazirin müavini kimi vəzifəm olub. Bu gün də sadə vətəndaş kimi dövlətimə, prezidentimə sədaqətlə xidmət edəcəm. Allah İlham Əliyevə cansağlığı versin. Bu gün uğurlarımız onun rəhbərliyi ilə qazanılıb. Mən sizə də təşəkkür edirəm ki, yada saldınız”.