XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

21 Aprel 2018 - 21:01

SƏLİM MÜSLÜMOVU ƏVƏZLƏYƏN 38 YAŞLI YENİ NAZİR… –Tərcümeyi-halı

Xəbər verdiyimiz kimi, bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da vəzifəsindəın çıxarılıb.

Strateq.az bildirir ki, onun boşalan postuna isə İqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin edilib.

Bəs, yeni nazir kimdir? 

Sahil Babayev 1980-ci ildə anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 1 övladı var.