XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2018 - 19:03

Ermənistan prezidenti xalqa müraciət etdi:“Ölkədə hadisələr təhlükəli həddə çatıb”

“Ermənistandakı hadisələr təhlükəli həddə gəlib çatıb. Bu, geridönməz nəticələrə gətirib çıxara bilər”.

Strateq.az bildirir ki, bu sözləri Ermənistan prezidenti Armen Sərksiyan xalqa müraciətində bildirib: “Təəssüf ki, razılaşmanın əksinə olaraq tərəflər arasında danışıqlar baş tutmadı.  Bu danışıqlar gərginliyin azaldılmasına gətirə bilərdi”.

Prezident müxalifəti destktruktiv mövqedən əl çəkməyə çağırıb.”Hamını, diasporanı situasiyanı kəskinləşdirməməyə çağırıram”.

Qeyd edək ki, hazırda Respublika meydanında müxalifətin izdihamlı aksiyası başlanıb. Müxalifət baş nazir Serj Sərksiyanın istefasını tələb edir.