XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2018 - 20:27

Türkiyədə növbədənkənar seçkilərdə on partiya mübarizə aparacaq –Adlar açıqlandı

 

Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində 10 siyasi partiya mübarizə aparacaq.Bu barədə Türkiyənin Ali Seçki Təşkilatı məlumat yayıb. Məlumatda bildirilir ki, Ədalət və İnkişaf Partiyası (AKP), Müstəqil Türkiyə Partiyası (BTP), Böyük Birlik Partiyası (BBP), Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiyası, Xalqların Demokratik Partiyası, İYİ Partiya, Millətçi Hərəkat Partiyası (MHP), Səadət Partiyası və Vətən Partiyasının seçkidə iştirak etmək hüququ rəsmən təsdiqlənib.

Yeni seçki qanununa görə prezidentliyə namizəd olacaq şəxslər deputat mandatı uğrunda mübarizə apara bilməzlər. (Azertac)