XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

23 Aprel 2018 - 09:22

“İndi ABŞ və Rusiya əvvəl olduğu kimi, hamını idarə edə bilmir” –BMT-nin Baş katibi

BMT-nin baş katibi Antoniu Quterriş Təhlükəsizlik Şurasının struktur problemlərinin olduğunu etiraf edib, həmçinin bildirib ki, soyuq müharibə geri qayıdır.

O, bunu SVT telekanalına müsahibəsində deyib.

“Soyuq müharibənin qayıtdığı aydındır”, – deyə baş katib bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyət SSRİ dövründə olandan əhəmiyyətli dərəcədə fərqlənir.

“İndi ABŞ və Rusiya əvvəl olduğu kimi hamını idarə etmir. Regionda (Yaxın Şərq – red.) bir çox ölkələr olduqca fəaldır: Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digərləri. İki eyni idarə olunan blok yoxdur”, — deyə o bildirib/Report.