XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

23 Aprel 2018 - 12:17

İsrailin baş naziri İlham Əliyevi təbrik etdi:“Sizi ən qısa zamanda yenidən görməyə ümidvaram”  

 

İsrail baş naziri Benyamin Netanyahu İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli cənab Prezident, əziz dostum. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə ardıcıl olaraq dördüncü dəfə seçilməyiniz münasibətilə İsrail hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin. İsrail ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək üçün bundan sonra da Sizinlə əlaqələrimizi davam etdirmək niyyətindəyik. Bu xoş fürsətdən istifadə edərək Sizə münasib olan vaxtda İsrailə səfər etməyiniz barədə təklifimi yenidən ali diqqətinizə çatdırıram. 2016-cı ilin dekabrında Bakıya unudulmaz səfərim zamanı Sizin mənə göstərdiyiniz səmimi münasibətə və qonaqpərvərliyə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Zati-aliləri, Sizi ən qısa zamanda yenidən görməyə ümidvaram”.