XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

24 Aprel 2018 - 13:38

Daha bir nazir kollektivə təqdim edildi –Sabiq nazir mərasimdə + FOTO

Azərbaycanın yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivinə təqdim olunub.

Strateq.az əbər verir ki, nazir Muxtar Babayevi kollektivə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təqdim edib.

Onu da qeyd edək ki, təqdimetmədə keçmiş nazir Hüseynqulu Bağırov da iştirak edib.

Xatırladaq ki, aprelin 23-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında aprelin 21-də imzaladığı sərəncama əlavələr edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin edilib.