XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2018 - 16:23

Yeni nazir Muxtar Babayev hansı məşhurun övladıdır? –Maraqlı fakt + VİDEO

Prezident İlham Əliyevin sərəncamına əsasən, dünən Ekologiya və Təbii Sərvətlər naziri təyin edilən Muxtar Babayev tanınmış ailənin oğluymuş.

Modern.az xəbər verir ki, Muxtar Babayevin anası şair-bəstəkar İzolda Babayevadır.

İzolda Babayeva bir neçə tanınımş mahnının müəllifidir. Onun mahnılarını xalq artisti Şövkət Ələkbərova, İlhamə Quliyeva, Almaz Ələsgərli, Fidan Hacıyeva və digər məşhur sənətçilər ifa edib. Dövlət Televiziyasına müsahibələrinin birində İzolda Babayeva bunları deyib:

“Heç vaxt müəllim olmaq istəməmişəm. Həkim olmaq ən böyük arzum olub. Anam da həkim idi. Birinci dəfə qəbul oluna bilmədim. Bir il onkoloji poliklinikada çalışdım. Amma həkimlik sənətini çox sevirəm. Qızım da həkimdir. İkinci dəfə o zamankı Axundov adına Pedaqoji Universitetə qəbul olundum. Müəllim kimi çalışandan sonra anladım ki, müəllimlikdən gözəl peşə yoxdur”.

Müsahibənin tam versiyasını təqdim edirik.