XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2018 - 17:32

Prezident İlham Əliyev Türkiyədə belə qarşılandı –İki günlük səfər başladı + FOTO

Prezident İlham Əliyevin Türkiyəyə iki günlük səfəri başlayıb.

Strateq.az xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət  başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.