XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

24 Aprel 2018 - 20:39

Abdullah Güllə Davudoğlu bir araya gəlib –Ərdoğana qarşı ittifaq, yoxsa...

Türkiyənin keçmiş baş naziri, Ədalət və İnkişaf Partiyasının Konyadan olan millət vəkili Əhməd Davudoğlu 11-ci prezident Abdullah Güllə görüşüb.

“Haberturk” xəbər verir ki, görüş Abdullah Gülün dəvəti ilə gerçəkləşib və bir saata yaxın davam edib.

Məlumata əsasən, onlar əvvəllər də bir araya gələrək görüşüblər. Ancaq bu görüş seçkilər ərəfəsinə təsadüf etdiyindən, müxalifətin prezidentliyə ortaq namizəd axtardığı bir vaxta düşdüyündən diqqətçəkici olub.

Qeyd edək ki, Abdullah Gülün prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı verilən sualı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım belə cavablandırıb: “Özündən soruşun”.

Məlumata görə, aprelin 25-də Türkiyənin 11-ci prezidenti Səadət Partiyasının baş katibi Temel Karamollaoğlu ilə bir araya gələcək. Səadət Partiyasının lideri aprelin 23-də müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə görüşmüşdü/Report.