XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 April 2018 - 09:47

Ər-Riyaddan Qətərə təhdid xarakterli çağırış:"Qoşunlarınızı Suriyaya göndərin"

“Qətər ABŞ-ın hərbi dəstəyindən məhrum olmaq istəmirsə, öz qoşununu Suriyaya yeritməlidir”.

Bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr deyib.

O, bildirib ki, Qətər Suriyada Amerika qoşunlarının olmasına dəstək verməli və Amerika prezidentinin əmirliyin müdafiəsindən imtina etməsinə qədər öz qoşunlarını Suriyaya göndərməlidir.

Nazirin sözlərinə görə, əgər ABŞ Qətərin təhlükəsizliyinin təminatını dayandırsa, bu ölkədəki rejim azı bir həftə ərzində devriləcək/Report.