XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

25 Aprel 2018 - 11:05

Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib- Təhsil İdarəsi

Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib.

Bu barədə “Report”a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda xatırladılıb ki, “Formula-1″ üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb. Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1 – 5 maydakı yaz tətilinin 24 – 30 aprelə keçirilməsi, 5 – 11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.