XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

25 Aprel 2018 - 13:46

Ermənistanda nazir istefa verdi:"Küçəyə çıxıram"

Ermənistanın idman və gənclərlə iş üzrə naziri vəzifəsini icra edən Qraç Rostomyan istefa verib.

Bu barədə Trend Ermənistan mətbuatına istinadən məıumat verir.

O, bəyanatında qeyd edib: “Ermənistan dövlətçiliyi uğrunda mühüm məqamı və hər bir vətəndaşın məsuliyyətini dərk edərək, idman və gənclərlə iş üzrə nazir vəzifəsindən istefa verirəm. “Çiçəklənən Ermənistan” partiyasının tərəfdarı kimi, mən partiyanın lideri Qaqik Tsarukyanın çağırışını dəstəkləyir və şəxsən küçəyə çıxıram”.

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.