Ermənistanın istefa vermiş baş naziri Serj Sərkisyan hakim Respublika Partiyasının parlament fraksiyasına müraciət göndərib.
“Mən yenidən sizin vasitənizlə xalqıma müraciət etməyə məcbur oldum. Özümü siyasi proseslərə müdaxilə etməkdən nə qədər kənar saxlamağa çalışsam da indi bunu etməyi vacib sayıram.
İstefamın səbəblərini detallı şəkildə izah etmək üçün sizi görüşə dəvət edirəm. Mən partiyanın gələcəyi, yeni rəhbərliyi və ölkənin inkişafı üçün vacib olan islahatlarla bağlı öz fikrimi təqdim edəcəyəm. Sülh və sabitliyi müzakirə etmək üçün sizi görüşə dəvət edirəm”.