XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2018 - 00:14

Türkiyə ordusu İraqda 10 PKK terrorçusunu məhv etdi –Diyarbəkirdə isə şəhid verdi

Türkiyə ordusu İraqın şimalında növbəti əməliyyat keçirib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, hava hücumu zamanı PKK üzvlərinin gizləndiyi bir neçə məkan məhv edilib, 10 terrorçu isə öldürülüb.

Məlumatda o da qeyd edilir ki, bu gün Türkiyənin  Diyarbəkir şəhərində isə PKK terrorçuları türk əsgərlərini qəfil atəşə tutub. Nəticədə 1 əsgər şəhid olub, 4-ü isə yaralanıb.

Hazırda bölgədə terrorçulara qarşı əməliyyat davam edir.