XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2018 - 11:06

Gevorkyan da təcili Rusiyaya getdi –Ermənistan rəhbərliyi Moskvada toplanır

Ermənistan Baş nazirinin müavininin müvəqqəti icraçısı Armen Gevorkyan gözlənilmədən Moskvaya gedib.

Bu barədə informasiyanı “Azadlıq” radiosunun Ermənistan bölməsi yayıb.

Radio Gevorkyanın hava limanına mühafizəçisiz gəldiyini bildirib.

Digər maraqlı məqam isə Gevorkyanın hava limanında rəsmi şəxslər üçün yox, adi sərnişinlər üçün nəzərdə tutulan buraxılış məntəqəsindən keçərək təyyarəsinə getməsi olub.

Qeyd edək ki, bundan öncə Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyanın da Moskvaya səfər etdiyi haqqında informasiya yayılmışdı/Axar.az.