“Çernobıl faciəsi qurbanlarının Beynəlxalq Anım Günündə Ukrayna, Belarus və Rusiya Xarici İşlər nazirlikləri ilə həmrəy olduğumuzu təsdiq edirik”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu faciənin nəticələrinin aradan qaldırılması işində Azərbaycandan 7000-dən çox insan iştirak edib.
“Biz həmçinin beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan ərazisində yerləşən və 1976-cı ildə “Çernobıl” Atom Elektrik Stansiyasında istifadə olunan texnologiya əsasında inşa edilən “Metsamor” AES-ə yönəltməsini istərdik. Çünki “Metsamor” stansiyası təhlükə mənbəyidir”, – H.Hacıyev söyləyib.