XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2018 - 15:28

NATO-nun baş katibi:“Türkiyənin “S-400” almasına alternativ təklifləri araşdırırıq”

NATO və ABŞ Türkiyənin Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksini alması məsələsinə alternativ təklifləri araşdırır.

TASS xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq quruma üzv dövlətlərin xarici işlər nazirlərinin aprelin 27-də keçiriləcək toplantısı ərəfəsində keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, o, bir müddət əvvəl Türkiyənin “S-400” əldə etməsi hüququnun olduğunu bildirmişdi. NATO-nun keçiriləcək məlum toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edəcək/Report