İrəvanda müxalif lider Nikol Paşinyanın rəhbərliyi ilə yeni etirazlara start verilib.
Etirazçılar İrəvandakı yolları bağlamağa başlayıblar. Etirazçıların 19:00-da yenidən Respublika meydanında toplanması nəzərdə tutulub.
Yolların bloklanmasının qarşısını almaq üçün polis aksiyaçılarla danışıqlar aparır.
Hazırda Paşinyanın çağırışına rəğmən etirazçılar İrəvandakı yolların bir hissəsini hələ də bağlı vəziyyətdə saxlayırlar. Küçələrdə etirazçılar ağ rəngdə qızılgüllər paylayırlar.
Paşinyan Ermənistanda bugünkü mitinqin “nizam və qanunilik” devizi altında keçirildiyini bildirib.
Nikol Paşinyan etirazçıları diqqətli olmağa çağırıb: “Biz ehtiyatlı olmalıyıq, çünki bəzi qüvvələr əks-inqilaba çalışır. Şəhərdə nömrəsiz avtomobillərin hərəkəti təsadüfi deyil. Onlar bununla əhali arasında narazılıq yaratmağa cəhd edirlər”.
Bununla bərabər, etirazçılar Paşinyana səslənərək, onun heç kimlə əməkdaşlıq etməməsini istəyiblər. Onlar bütün siyasi partiyalardan Paşinyanın üz çevirməsi gərəkdiyini söyləyiblər/Axar.az.