XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2018 - 17:43

“O iki yunan əsgəri mütləq sərbəst buraxılmalıdır” –Yunker Ərdoğana səsləndi

“Türkiyə Egey və Şərqi Aralıq dənizində hüquqa zidd fəaliyyətlərə davam edir. Varnadakı toplantıda Ərdoğana qonşuları ilə yaxşı münasibətlərinə və beynəlxalq hüquqa hörmətlə yanaşmalı olduğunu xatırlatdıq”.

Bu sözləri Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Yunanıstan parlamentində çıxışı zamanı deyib.

Yunker çıxışı zamanı Türkiyənin Ədirnə bölgəsində saxlanılan iki yunan əsgəri məsələsinə də toxunub.

“İki yunan əsgərini də unutmayaq. Mənə heç kim “bu iki əsgərin varlığı Türkiyənin təhlükəsizliyinə təhdid yaradır” deməsin. Mütləq sərbəst buraxılmalıdırlar”, – Yunker deyib/Axar.az.