XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2018 - 18:53

“S-400 sistemlərinin Türkiyəyə satışı iki mərhələdən ibarətdir” –Moskva təfərrüatları açdı

S-400 sistemlərinin Türkiyəyə satışı iki mərhələdən ibarətdir: Birincisi komplekslərin çatdırılması və yerləşdirilməsi, ikinci mərhələ isə hazırda müzakirə edilir.

Bu sözləri Rusiyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev RİA-ya açıqlamasında deyib.

“Bu gün sözügedən sistemlərin yerləşdirilməsindən bəhs edirik. Burada təkcə S-400-lərin Türkiyəyə çatdırılması yox, eyni zamanda onların yerləşdirilməsi, təchizatı, yerli mütəxəssislərin bu işə cəlb edilməsidir. Eyni zamanda bu razılaşmanın ikinci mərhələsi müzakirə edilir. Texnoloji əməkdaşlığın inkişaf etdirilməsi…”, – deyə Şuqayev bildirib/Axar.az.