XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2018 - 19:45

Trampdan KXDR lideri ilə görüş haqda qeyri-müəyyən açıqlama:"Ola bilsin, görüşü tez tərk edəcəyəm, ya da..."

ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalının efirində KXDR lideri Kim Çen In ilə görüşünün müzakirə olunan variantlarından danışıb.

“Fox News”  xəbər verir ki, D.Tramp görüş üçün üç və ya dörd tarixin və 5 yerin olduğunu vurğulayıb.

Bununla yanaşı, ABŞ prezidenti görüşün baş tutmayacağını da istisna etməyib.

“Ola bilsin, görüşü tez tərk edəcəyəm. Hətta görüşün baş tutmaması variantı da mümkündür”, – D.Tramp bildirib/Report.