XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

26 Aprel 2018 - 23:55

FTX Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirdi –11 İŞİD-çi məhv edildi

Dağıstanın Azərbaycanla həmsərhəd Dərbənd şəhərində 23-24 aprel tarixlərində keçirilmiş xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 11 tərəfdarı məhv edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, məhv edilən şəxslər Dağıstan ərazisində hüquq-mühafizə və hakimiyyət orqanlarının işçilərinə silsilə rezonanslı sui-qəsdlər planlaşdırıbmışlar.

Qeyd olunan tarixdə ərazidə antiterror əməliyyatı rejimi tətbiq edilib. Saxlanılan zamanı silahlı müqavimət göstərmiş İŞİD tərəfdarı cavab atəşi ilə məhv ediliblər. Onların üzərindən xeyli sayda silah-sursat götürülüb.