XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2018 - 15:50

Prezident İlham Əliyev “Müflisləşmə və iflas haqqında” Qanuna dəyişiklikləri imzaladı  –FƏRMAN

Prezident İlham Əliyev “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Sənəddə deyilir ki, Nazirlər Kabineti qanunlarının və Prezidentin aktlarının “Müflisləşmə və iflas haqqında” Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Müəyyən edilsin ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 41-1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.