XƏBƏR LENTİ

01 Mart 2021
28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

28 Aprel 2018 - 13:28

Bakıda çoxmərtəbəli bina yanır- Nazir hadisə yerindədir (FOTO)

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, hadisə paytaxtın Xətai rayonunda, Yusif Səfərov küçəsində çoxmərtəbəli binada baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb edilib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nazir müavini Etibar Mirzəyev də hadisə yerindədir.

Hazırda yanğının söndürülməsi istiqamətində iş davam etdirilir.