XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2018 - 13:54

“Seçkiyə giririk, günləri sayırıq, ancaq sən hələ də qapı-qapı gəzirsən…” –Baş nazir

“Seçkiyə giririk, günləri sayırıq, ancaq ana müxalifət partiyasından səs yoxdur. Aydan, Marsdan, yoxsa kosmosdan gətirək namizədi?”

Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım CHP sədri Kamal Kılıçdaroğlu barədə danışarkən deyib.

“Sizin daxilinizdə prezidentliyə namizəd olacaq əməkdaşınız yoxdur? Kamal bəy, sən partiya sədrisən, ana müxalifət partiyasının rəhbərisən, sənə yaraşan namizəd olmaqdır və “mən də varam” deməkdir. Türkiyəni idarə etməyə mən də namizədəm deməkdir. Niyə qapı-qapı gəzirsən, namizəd axtarırsan, niyə özün namizəd olmursan? Əgər partiya sədrisənsə, millətin səndən gözlədiyi namizəd olmaqdır, axtarmaq deyil”, – Baş nazir bildirib/Axar.az.