XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 May 2018 - 14:32

Yerevan:meydanda mitinq, parlamentdə baş nazir seçkiləri keçirilir

Mayın 1-də Yerevanın Respublika meydanında müxalifət lideri Nikol Paşinyanın tərəfdarlarının çoxminlik mitinqi başlayıb. Parlamentdə isə baş nazir seçkiləri keçirilir.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, aksiya iştirakçıları praktiki olaraq mərkəzi meydanı doldurub. Meydanda quraşdırılan nəhəng ekranlarda parlamentin baş naziri seçəcəyi xüsusi iclasının gedişi yayımlanacaq.

“Ermənistanın mütləq baş naziri olmalıdır. Mən əvvəl də demişəm ki, seçkilərə mane olmayacağıq, yəni iclası boykot etməyəcəyik. Biz hər kəsi dinləməli, sonra isə qərar qəbul etməliyik”, – deyə hakim Respublika partiyası fraksiyasının başçısı Vaqram Baqdasaryan bildirib. Onun sözlərinə görə, baş nazir bu gün seçilməsə, qanuna əsasən, bu, növbəti 7 gün ərzində baş tutacaq.

İclasda baş nazir postuna “Elk” (“Çıxış”) parlament fraksiyasının lideri Nikol Paşinyanın namizədliyi irəli sürülüb. Onun namizədliyini digər iki fraksiya – “Çarukyan” və “Daşnaksütyun” bloku dəstəkləyib. Bu üç fraksiya birlikdə 105 yerlik parlamentdə 47 səsə malikdir. Bu o deməkdir ki, baş nazirin seçilməsi üçün hakim partiyanın minimum 6 deputatının da səsi tələb olunur.