XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2018 - 21:34

Ermənistan parlamenti yeni baş naziri seçə bilmədi- Parlamentin xüsusi iclası nəticəsiz başa çatıb

Ermənistan parlamentinin ölkənin yeni baş nazirini seçmək üçün keçirdiyi xüsusi iclas nəticəsiz başa çatıb.

Trend-in “RİA Novosti”yə istinadən məlumatına görə, baş nazirliyə yeganə namizəd, müxalifət lideri Nikol Paşinyanın seçilməsi üçün kifayət qədər səs toplanmayıb.

Paşinyanın lehinə lazım olan 53 səsdən cəmi 45-i verilib.

Əleyhinə isə hakim partiyanın deputatları səs verib.