“Konstitusiyaya və qanuna riayət etmək həm Ermənistanın, həm də hakimiyyət və müxalifətin maraqları çərçivəsindədir”.
Strateq.az bildirir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan ölkədə baş verən siyasi böhrana dair verdiyi bugünkü bəyanatında deyib. Onun sözlərinə görə, əsas məsələ bu deyilənlərə sadiqlikdir.
Sabiq prezident bildirib ki, bundan kənar yaranacaq hakimiyyətin legitimliyi nə xalq, nə də beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq.