XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2018 - 01:06

Rusiyalılar ABŞ-a qaçır –Bu ölkədən sığınacaq istəyən sahibkarların sayı durmadan artır

2017-ci ildə Birləşmiş Ştatlardan sığınacaq istəyən rusiyalıların sayı son 24 ildə ən yüksək həddinə çatıb.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, bu, 2016-cı illə müqayisədə 40 faiz artım deməkdir.

Məlumata görə, statistika mühacirət rəqəmlərinin Putin 2012-ci ildə prezidentliyə qayıtdıqdan sonra durmadan artdığını göstərir.

ABŞ hakimiyyət orqanları 2017-ci ildə Rusiya vətəndaşlarından 2664 yeni sığınacaq ərizəsi qəbul edib. Bu, 2016-cı ildə olduğundan 39 faiz çoxdur.

Putinin tənqidçiləri onu fəqrqli düşüncənin və müstəqil bizneslərin təqibində ittiham edirlər.

Müşahidəçilərin fikrincə, Rusiyadan mühacirətin yüksəlməsinə ikinci səbəb ölkədə seksual azlıqların sıxışdırılmasıdır. LGBT icmasının vəziyyəti Rusiyada 2013-cü ildə “qeyri-ənənəvi seksual münasibətlərin təbliğatının qadağası” haqda qanunun qəbulundan sonra pisləşib.

Digər tərəfdən, Rusiya sahibkarları Birləşmiş Ştatlarda siyasi sığınacaq əldə etməyə çalışırlar.

Nyu Yorkda mənzillənmiş vəkil Boris Palant deyir ki, onun müştərisi olan biznesmenlərin əksəriyyətinə qarşı qondarma ittihamlardan istifadə olunub.

Palant AzadlıqRadiosuna deyib ki, bunlardan biri bankir, qalanları biznes adamlarıdır.

Başqa bir Nyu York vəkili, Andrey Conson deyir ki, o 2017-ci ildə Rusiyadan 25-30 iş qəbul edib. Bunların tən yarısı siyasi motivli qısnamalarla bağlıdır. Qalan işlər də siyasi çalara malikdir.

Bu arada Putin xaricdəki Rusiya biznesmenlərinin və onların sərvətinin ölkəyə qayıtması üçün çağırışlar edir. Bu çağırışlara baxmayaraq, ölkədən qaçan sahibkarların sayı azalmır ki, artır.