XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2018 - 10:57

Ermənilər Ağdamda mülki vətəndaşları atəşə tutublar- Açıqlama

Ermənistan silahlı qüvvələrinin birləşmələri Ağdam rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarını atəşə tutublar.

“Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə ötən gecə baş verib.

Ağdam rayonunun cəbhə xəttində yerləşən Cəmənli kəndində idarənin əməkdaşları təmir bərpa işləri aparazan zaman ermənilər tərəfindən atəşə məruz qalıblar. Bir neçə dəqiqə atəş altında saxlanılan idarə əməkdaşları arasında xəsarət alan olmasa da texnikaya ziyan dəyib.

İdarənin rəisi Hafiz Əzimzadə “Report”un yerli bürosuna bildirib ki, ərazidə çalışan aqreqata çoxlu sayda müxtəlif çaplı silahlardan atılan mərmi dəyib: “Çoxsaylı mərmidən aqreqat yararsız vəziyyətə düşüb.çətinliklə də olsa texnika əməkdaşlarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb”.