XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2018 - 16:21

Türkiyə prezidenti vəzifəsinə seçkilərdə Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürülüb- AKP qərar verdi

İyunun 24-də Türkiyədə keçiriləcək prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürülüb.

Azərtac xəbər verir ki, AKP-nin Türkiyə Böyük Millət Məclisindəki fraksiyası seçkilərdə bu partiyadan Rəcəb Tayyib Ərdoğanın namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək.