HSBC bankının Ermənistanın paytaxtı Yerevan şəhərindəki filialında atışma baş verib.
“Report” “Sputnik”ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.
“Atışma səsi eşidiləndə biz qonşu bankda idik. Səsə görə deyə bilərəm ki, atışma binanın içində baş verib”, – şahidlər bildiriblər.
Az sonra silahlı hücum edən şəxsin kimliyi məlum olub. Bunu Ermənistan polisinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.
Onun sözlərinə görə, banka Yol Hərəkəti Qaydalarının Pozulmasının Qeydiyyatı Mərkəzinin rəisi, polkovnik Daniel Danielyan hücum edib.
Atışmanın bankın qarəti zamanı baş verdiyi də qeyd olunur.