Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb.
DMX-dan verilən məlumata görə, görüşdə V. Hüseynov Xidmətin fəaliyyətinin bütün istiqamətlərinin ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi, şəffaflığın tam təmin edilməsi ilə bağlı konkret əməli addımların atılacağını açıqlayıb.
Görüşdə “Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişi”nin icrası ilə bağlı məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.