XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

03 May 2018 - 18:57

Əli Həsənovun şöbəsində yeni sektor yaradıldı –Vüsal Quliyev sektor müdiri təyin edildi
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb.
Strateq.az AZƏRTAC-a istinadla xəbər verir ki, yeni sektorun fəaliyyətinin əsas istiqaməti mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi olacaq.
İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib.