XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2018 - 14:46

Tramp və Mey arasında telefon danışığı olub- Şimali Koreyanı və İranı müzakirə ediblər

ABŞ prezidenti Donald Tramp və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.

Tərəflər telefon danışığı zamanı ticarət məsələlərini, Şimali Koreyanın denuklearizasiyasını, İranın nüvə məsələsini və Trampın Britaniyaya səfərini müzakirə ediblər.

Ağ Evin məlumatında bildirilir: “İki lider ədalətli və qarşılıqlı ticarətin təşviqini, xüsusilə də Çinə qarşı, müzakirə ediblər. Donald Tramp Şimali Koreyanın denuklearizasiyasına təşəbbüsü vurğulayıb”.

ABŞ prezidenti İran qeyd edib ki, İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə təminat verməyə hazır olduğunu vurğulayıb/Trend.