XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

03 Mart 2015 - 11:59

Məhkəmə icra başçısına cəza kəsdi – Mətbuat konfransı

oqtay-gedebe.jpg

Gədəbəy rayonundan olan iş adamı Oqtay Əliyev Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən ona qarşı edilən əsassız təzyiqlərə aydınlıq gətirib.
Strateq.az xəbər verir ki, bununla bağlı mətbuat konfransı keçirən O.Əliyev bildirib ki, Gədəbəyin Qalakənd kəndində inşa etdirdiyi turizm obyekti Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən heç bir əsas göstərilmədən və söküntü ilə bağlı məhkəmənin qərarı olmadan 29.07.2014-cü il tarixdə yerlə yeksan edilib. Halbuki, obyektin tikintisi ilə bağlı aidiyyəti qurumlardan, xüsusən də ərazinin balansında olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan rəsmi icazə alınmışdır. Belə ki, Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin Qalakənd meşəbəyliyinin 0.20 ha sahəsindən istirahət turizm məqsədi ilə istifadə etmək üçün həmin müəssisə ilə 16 iyun 2013-cü il tarixdə 5 (beş) illik müqavilə bağlanılıb.
O.Əliyev qeyd edib ki, 170 min manata başa gələn həmin obyektin uçurulması ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə işi araşdırıb və xüsusi ekspertizanın rəyini nəzərə alaraq təsdiq edib ki, Əliyev Oqtay İbrahim oğluna məxsus həmin turizm obyekti həqiqətən də Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən əsassız olaraq sökülüb. Nəticədə, məhkəmə bununla bağlı 16 fevral 2015-ci il tarixli Qərar qəbul edib. Azərbaycan Respubliksaının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrinin rəhbər tutulduğu Qərarda bildirilir: Cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətindən 66 626 manat tutulub iddiaçı Əliyev Oqtay İbrahim oğlunun xeyrinə ödənilsin.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
F.ƏHMƏD