XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

06 May 2018 - 15:31

Fransa hökuməti Trampa etirazını bildirib:"Hörmətlə yanaşın!"

Fransa hökuməti ABŞ prezidenti Donald Trampın 2015-ci ilin noyabrında Parisdə törədilən silsilə terror aktları ilə bağlı bəyanatına etirazını bildirib.

APA-nın “Alman dalğası” radiosuna istinadən verdiyi məlumata görə, Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi D. Trampdan terror aktı qurbanlarının xatirəsinə hörmətlə yanaşmağı tələb edib.

Fransa xarici işlər naziri Jan-İv Le Drian deyib ki, cəmiyyətdə silahların sərbəst yayılması terror aktlarına qarşı mübarizədə bir addım deyil, əksinə, bu, belə terror hücumlarını asanlaşdıra bilər.

Qeyd edək ki, 13 noyabr 2015-ci ildə İŞİD terror təşkilatının üzvləri Parisdə “Stad de Frans” stadionu yaxınlığında bir neçə partlayış törədib, “Bataclan” konsert zalında insanları girov götürüb, kofe və restoranları atəşə tutublar. Nəticədə 130 nəfər ölüb, 350-dən çox insan yaralanıb. Dünən silah lobbisi qarşısında çıxış edən ABŞ prezidenti D. Tramp isə bildirib ki, əgər Parisdə cavab atəşi açılsaydı, terror qurbanlarının sayı belə yüksək olmazdı.