XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2018 - 18:04

Xameneinin müşaviri:"ABŞ İŞİD terrorçularını Əfqanıstana göndərir"

İranın ali dini lideri, ayətullah Əli Xameneinin hərbi məsələlər üzrə müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana göndərdiyini bildirib.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, Y. R. Səfəvi bu gün bu barədə sübutlara malik olduğunu bəyan edib.

İran ali dini liderinin müşaviri ABŞ-ın bütün regionu məhv etdiyini vurğulayıb: “Əgər bu gün ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Fəaliyyət Planı barədə məsələ qaldırırsa, bu, onların İranda uğursuzluqla üzləşməsi ilə bağlıdır. Amerikalılar Suriyanı tərk etməli, Qərbi Asiyadan çəkilməlidir. ABŞ böyük İran xalqı ilə bacarmayacaq”.