XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

07 May 2018 - 21:01

Rusiyada müdafiə sənayesi sahəsi Dmitri Roqozindən alındı –Başqa şəxs kurasiya edəcək

 

Rusiyada baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Dmitri Medvedev maliyyə naziri Anton Siluanova birinci müavini olmağı təklif edib.

Baş nazirin müavini vəzifəsi təklif olunanlar arasında keçmiş idman naziri Vitali Mutko, Hesablama Palatasının sədri Tatyana Qolikova, müdafiə nazirinin müavini Yuri Borisov, Dmitri Kozak, Aleksey Qordeyev və Olqa Qoldetsə də var. Medvedev müdafiə nazirinin müavini olan Yuri Borisovun hərbi sənaye kompleksini kurasiya edəcəyini söyləyib. Beləliklə, müdafiə sənayesi sahəsini kurasiya edən Dmitri Roqozin bu sahədən kənarda qalıb. (APA)