XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2018 - 09:12

Masallıda dəhşətli yanğın:iki nəfər öldü, 3 nəfər xilas edildi

Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

Strateq.az FHN-nə istinadən xəbər verir ki,  yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış cəsədləri aşkar olunub: “Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, 3 nəfər xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub”.

Məlumata gör, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.