XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2018 - 12:18

“Etibarlı tərəfdaşa çevrilmək üçün ikili standartlara yol verməməliyik” –Avropa Parlamentinin nümayəndəsi

“Avropa İttifaqı olaraq Dağlıq Qarabağla bağlı xüsusi nümayəndə təyin etdik. Bu onu göstərir ki, biz bu sahədə əlimizdə olan alətlərlə, vasitələrlə aktiv rol oynamaq istəyirik. Biz başa düşməliyik ki, regionda sabitlik çox vacibdir və Azərbaycan bu sabitliyin saxlanılmasında mühüm rol oynayır”.

Bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Avropa Parlamentinin ümumi katibliyinin nümayəndəsi Florian Karmona deyib.

Nümayəndənin sözlərinə görə, Avropa İttifaqı qətnamələr qəbul etməklə siyasi mesaj verdiyini nəzərə çatdırıb: “Ancaq biz bu qətnamələri icra edə bilmirik. Biz etibarlı tərəfdaşa çevrilmək üçün ikili standartlara yol verməməliyik. Biz buna da çalışırıq”.

Trend