XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

08 May 2018 - 15:23

Paşinyan Moskvanın təklifinə operativ cavab verdi:"Gələcəm..."

“Kreml Ermənistanın Avrasiya İttifaqının may sammitində iştirakını gözləyir”.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

“Ermənistan Avrasiya İttifaqında vacib tərəfdaşımızdır. Bu cür tədbirlərdə ikitərəfli görüşlər də keçirilir”, – deyə o, bildirib.

Peskov həmçinin Mixail Leontyevin Ermənistanla bağlı açıqlamasının Moskvanın rəsmi mövqeyi ilə heç bir əlaqəsinin olmadığını deyib.

Nikol Paşinyan Kremlin çağırışına dərhal reaksiya verib və Avrasiya İttifaqının Soçidə keçiriləcək sammitində iştirak edəcəyini bildirib.

Qeyd edək ki, az öncə Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir seçib/Axar.az.