XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 May 2018 - 18:22

“Paşinyanın qarşıda iki yolu, düşünməyə isə bir neçə ayı var” –Politoloq

“Nikol Paşinyan ikinci dəfədən baş nazir seçildi. Parlamentdə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Azərbaycanla danışıqlara hazırdır. Bu, azdır, biz onu konstruktiv mövqeyə gətirməliyik”.

Strateq.az xəbər verir ki, bu sözləri politoloq  Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyanın qarşıda iki yolu var: “Sülh, əmin-amanlıq və ölkəsi üçün inkişaf arzulayırsa keçmiş lideri Levon Ter-Petrosyan kimi münaqişənin “mərhələli həll planı”nı qəbul etməli, xələfləri kimi status-kvonun davamını istəyirsə, əvvəlkitək İrəvanda erməni gənclərin tabutlarını qarşılamağa hazır olmalıdır. Seçim Paşinyanındır. Onun düşünməsi üçün bir neçə ay vaxtı var”.

Baş nazir N.Paşinyanın daxili siyasətdə atacağı addımlara gəldikdə isə, E.Şahinoğlu qeyd edib ki, onun geniş manevr imkanları yoxdur: “Komandasını və proqramını ayaqüstü formalaşdırmalı, islahalatlar aparmaq və sosial durumu normallaşdırmaq üçün əlavə resurslar tapmalıdır ki, bu da kasıb Ermənistanda yoxdur. Ağası Rusiya isə daha müftə pul vermək istəmir. Paşinyan küçənin vasitəsilə hakimiyyətə gəldi, ölkəsini uçurumdan qurtarmasa, elə həmin küçənin təzyiqi ilə də yola salınacaq”.