“ABŞ 2015-ci ildə imzalanan P5+1 razılaşmasından imtina edərsə, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı qərarlar verəcək”.
Bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
“Çox ciddi vəziyyətlə qarşı-qarşıya qala bilərik. Məsələ Moskva ilə müzakirə ediləcək və Putin bundan sonra qərarını elan edəcək. Dövlət başçısının Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) ilə bağlı mövqeyini bilirsiniz”, – deyə sözçü bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu gün Bakı vaxtı ilə 22:00-da HBFP ilə bağlı qərarını elan edəcək/Axar.az.