İran parlamentində ABŞ bayrağı və Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə sənəd rəsmi Vaşinqtonun nüvə razılaşmasından çıxmasına etiraz olaraq yandırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, hadisə İslami Şura Məclisinin iclasının açılışında baş verib.
İran parlamentinin bir neçə deputatı ölkə rəhbərliyini ABŞ-ın bu qərarına cavab verməyə çağırıblar.