XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

09 May 2018 - 15:48

Berlin, London və Paris İrana müraciət etdi:"ABŞ-ın qərarına cavab verərkən təmkinli olmağı xahiş edirik”

AFR Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Tereza Mey Tehranı nüvə proqramına dair 2015-ci ildə bağlanmış sazişdən imtina etməməyə çağırıblar, hərçənd Birləşmiş Ştatlar bu sazişdən çıxıb.

Azərtac bu üç dövlətin liderlərinin bu gün elan olunmuş birgə bəyanatından sitat gətirir: “Biz İrandan ABŞ-ın qərarına cavab verərkən təmkinli olmasını xahiş edirik”.

Avropa liderlərinin fikrincə, İran rəhbərliyi həmin saziş üzrə öz öhdəliklərinin yerinə yetirilməsini davam etdirməlidir. Sazişin yerinə yetirilməsinə nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatlarına görə İran bu sənədin şərtlərinə əməl edir.

Eyni zamanda, Merkel, Makron və Mey göstəriblər ki, onların hökumətləri İran ilə sazişin yerinə yetirilməsinə sadiq qalır və sazişin şərtlərinin yerinə yetirilməsinin davam etdirilməsi üçün digər iştirakçılarla işləmək niyyətindədirlər. Bəyanatın müəllifləri göstəriblər: “Buraya İran xalqı üçün həmin sazişlə əlaqədar iqtisadi üstünlüklərin qorunub saxlanması məsələləri daxildir”.

ABŞ Prezident Donald Tramp bir qədər əvvəl Vaşinqtonun İranın nüvə proqramına dair sazişdən çıxmasını elan edib və müvafiq memorandum imzalayıb. Tramp İran ilə sazişin indiki şəkildə “qəbuledilməz” olduğunu bildirib.