XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

09 May 2018 - 22:53

BMT TŞ-nin Şimali Koreyaya qarşı sanksiyaları dəstəkləndi- Yaponiya, Çin və Cənubi Koreya tərəfindən

Yaponiya, Çin və Cənubi Koreya BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarının həyata keçirilməsinə tərəfdardırlar.

Azərtac xəbər verir ki, bu barədə Baş nazir Şinzo Abe üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında Yaponiya, Çin və Cənubi Koreya liderlərinin qəbul etdiyi birgə bəyannamə barədə məlumat verərkən bildirib.

“BMT Təhlükəsizlik Şurasının qətnamələri tam həyata keçirilməlidir. Bu, bizim üç ölkənin vahid mövqeyidir. Qarşıda duran kompleks vəzifələrin həlli üçün üç ölkə razılaşdırılmış şəkildə hərəkət edəcəklər. Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə, Şimal-Şərqi Asiyada sülhün və sabitliyin möhkəmlənməsinə istiqamətlənən bu yaxşı imkandan faydalanmaq üçün beynəlxalq ictimaiyyətlə əlaqələri gücləndirmək və Şimali Koreya tərəfindən konkret addımlara nail olmaq lazımdır”, – deyə Baş nazir vurğulayıb.

Ş.Abe həmçinin qeyd edib ki, üç ölkənin nümayəndələri “Şimali Koreyanın işıqlı gələcəyini müəyyənləşdirmək məqsədilə açıq fikir mübadiləsi aparıblar.

Cənubi Koreyanın Prezidenti Mun Ce-in bəyan edib ki, Şimal və Cənubun sammiti Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və burada uzunmüddətli sülhün mövcudluğu üçün möhkəm bünövrədir.

“Bu üçtərəfli sammit çox mühüm bir vaxtda keçirilir. Koreya yarımadasının və Şimal-Şərqi Asiyanın sülh yoluna çıxması üçün Yaponiya və Çinin əməkdaşlığına və yardımına böyük ehtiyac var”, – deyə Mun Ce-in bildirib.